RU

Azərbaycanın qadınlardan ibarət U-19 yığması uduzdu

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, U-19 Belarusun uyğun yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da baş tutacaq.

Избранный
12
16
fanat.az

10Источники