![Yanvarda](https://1news.az/images/2025/02/04/20250204051651258/thumb.jpg?2025-02-04+17%3A21%3A24)
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib.
ADY-dən 1news.az-a verilən məlumata görə, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.