15 ay ərzində Qəzzada 270-dən çox BMT əməkdaşı öldürüldü
2023-cü ilin oktyabr ayından Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 270-dən çox əməkdaşı həlak olub. Yeniavaz.com xəbər verir ki, bunu UNRWA-nın kommunikasiyalar üzrə direktoru Culyet Tuma sosial şəbəkə hesabında deyib. “Müharibə 15 ay əvvəl başlayandan bəri Qəzza zolağında 270-dən çox əməkdaşımızı itirmişik”, - Tuma yazıb. Tuma həmçinin qeyd edib ki, 2023-cü ilin oktyabr ayından etibarən UNRWA-nın Qəzza zolağındakı obyektlərinin üçdə ikisi, o cümlədən köçkün ailələri üçün sığınacaqlar zədələnib.