Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş əməliyyatları zamanı 45,1 min nəfər itki verib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.
"İtkilərimizə gəlincə: dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45,1 min nəfər həlak olub və təxminən 390 min yaralanma halı var. Dəqiqləşdirim: yaralanma hallarının sayı yaralananların sayından çoxdur, çünki yaralanan və sonra döyüş meydanına qayıdıb yenidən yaralanan insanlar var", – dövlət başçısı deyib.
2024-cü ilin dekabrında Zelenski cəbhədə 43 min hərbçinin həlak olduğunu, 370 min yaralanma halının qeydə alındığını bildirmişdi.