RU

"Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar..."- Paşinyan

"Türkiyə ilə dialoqu davam etdirəcəyik və davam etdiririk. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar".
 
Moderator.az  xəbər verir ki, "Armtimes"-in yaydığı məlumata görə, erməni mediası bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantik Şurada çıxışından sonra Atlantik Şuranın Avrasiya Mərkəzinin baş direktoru səfir Con Herbstlə müsahibəsində deyib.
 
“Əslində Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz davamlı təmasdayıq”. Xarici işlər nazirlərimiz davamlı olaraq görüşür və danışır, nümayəndələrimiz daimi təmasdadır və biz çox fəal işləyirik və nə etmək lazım olduğuna dair ümumi anlayış var.
 
Ancaq təbii ki, bəzi nüanslar var və real nəticə əldə etmək üçün bəzi son addımlar lazımdır. "Ümid edirik ki, nəticə çox tezliklə olacaq", - deyə Paşinyan qeyd edib.
 
S.Laçın
Избранный
4
3
moderator.az

5Источники