RU

Azərbaycan güləşçiləri ilk gündə 5 medal qazandılar

Xorvatiyanın paytaxtı Zaqrebdə ilin ilk reytinq turnirinə start verilib.

Publika.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

İslam Bazarqanov (57 kq) 1/4 finalda serbiyalı Azamat Tuskayevə 3:1 hesabıyla qalib gəlib. Bazarqanov yarımfinalda isə iranlı Fərhad Xateri üzərində tam üstünlüklə (10:0) qələbə qazanıb. İslam finalda amerikalı Spenser Liyə 2:6 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.

Nürəddin Novruzov (61 kq) təsnifat mərhələsində iranlı İbrahim Xari ilə bacarmayıb – 0:10. Novruzov təsəlliverici görüşdə moldovalı Leomid Kolesnikə tam üstünlüklə (14:3) qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə iranlı Reza Momenizadəni məyus edib – 8:4.

Əli Rəhimzadə (65 kq) ilk mərhələdə polşalı Xristof Bienkovskini yarışdan kənarlaşdırıb – 3:0. Rəhimzadə 1/4 finalda amerikalı Josef Makkennaya 4:7 hesabıyla məğlub olub. Əli bürünc medal uğrunda gürcüstanlı Qoqa Otinaşviliylə mübarizədən qalib ayrılıb – 6:0.

Kənan Heybətov (70 kq) təsnifat mərhələsində meksikalı Austin Qomezdən güclü olub – 9:5. Həmyerlimiz 1/4 finalda polşalı Patrik Olenşinə heç bir şans tanımayıb – 11:1. Heybətov yarımfinalda gücünü iranlı İbrahim İlahiçurana göstərib – 10:5. Kənan finalda İran yığmasının digər üzvü Sina Xalili üzərində də inamlı qələbə qazanıb – 12:1.

Избранный
29
7
publika.az

9Источники