RU

Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlandı

2018-ci ildən 2024-cü il də daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.

Avtosfer.az xəbər verir ki, bunu  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA)  İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib.

Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb.

(iqtisadiyyat.az)

Избранный
10
7
avtosfer.az

10Источники