RU

Məktəbdə sinif otağında bıçaqlaşma-XƏSARƏT ALAN VAR, VƏZİYYƏTİ...

Ucarda məktəbli sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Azia.az bloqu bildirir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib. /APA


Избранный
60
49
azia.az

10Источники