RU

Biləsuvarda qəzada 5 nəfər xəsarət aldı

Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2115” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Baş verən qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./apa

Избранный
117
8
yenicag.az

9Источники