RU

"Maxaçevə nə istəsəm, edə bilərəm" - Topuriya dağıstanlıya meydan oxudu

Yarımyüngül çəkidə (65 kiloqrama qədər) UFC çempionu İliya Topuriya dağıstanlı MMA döyüşçüsü İslam Maxaçevi məğlubiyyətə uğradacağına şübhə etmədiyini bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sports Australia" belə çatdırıb:

"İslam möhtəşəm döyüşçüdür. Mən isə dünyanın ən yaxşısıyam. Əminəm ki, Maxaçevə nə istəsəm, edə bilərəm. Ondan çox yaxşı olduğumun fərqindəyəm". 

Xatırladaq ki, 28 yaşlı Topuriya 2020-ci ildən UFC liqasında çıxış edir. O, son olaraq UFC 308 turnirində amerikalı Maks Holloueyi döyüşün 3-cü raundunda nokauta salaraq titulunu qoruyub.

Nihat

Избранный
16
fanat.az

1Источники