RU

"ABŞ səfirliyi, USAID, NED və digər qurumlar bizə qarşı koordinasiyalı şəkildə hərəkət edirdilər"- Kobaxidze

Image

ABŞ-ın Gürcüstandakı səfirliyi, USAID, NED və digər təsisatlar gürcü xalqına və gürcü dövlətinə qarşı koordinasiyalı şəkildə hərəkət edirdilər. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibi Marko Rubionun USAID-in fəaliyyətinə dair bəyanatına münasibət bildirərkən deyib.

Baş nazir yeni administrasiya şəraitində, ABŞ səfirliyinin gürcü xalqına və gürcü dövlətinə münasibətinin dəyişəcəyinə və səfirlik, USAID, NED və digər müvafiq subyektlər arasında mövcud çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini deyib. 

“Dəyişikliklərdən söhbət gedirsə, bu dəyişikliklər USAID, NED, eləcə də səfirliyin fəaliyyətinə eyni dərəcədə şamil edilməlidir. Yeni administrasiya şəraitində, ilk növbədə, məhz ABŞ səfirliyinin gürcü xalqına və gürcü dövlətinə münasibətinin dəyişəcəyinə və səfirlik, USAID, NED və digər müvafiq subyektlər arasında mövcud çirkin koordinasiyaya son qoyulacağına böyük ümid bəsləyirik” – İ.Kobaxidze bildirib.

TAHİR





Избранный
27
24
baki-xeber.com

10Источники