RU

La Liqa klubunun kapitanı yenidən xərçənglə mübarizə aparacaq

İspaniyanın elita klublarından olan "Las Palmas"ın kapitanı Kirian Rodriges yenidən xərçəng xəstəliyinə tutulub.

Fanat.Az xəbər verir ki, 3 il əvvəl də eyni problemlə üzləşən yarımmüdafiəçi 8 ay müalicə alandan sonra komandasının sıralarına dönmüşdü.

Vəziyyəti açıqlayan 28 yaşlı futbolçu qarşıdakı görüşlərdə iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, Rodriges bu mövsüm La Liqada 21 matça çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
11
fanat.az

1Источники