RU

Sənaye zonalarında 443 milyon manatlıq avtomobil istehsal olunub

 

2018-ci ildən 2024-cü ilin sonuna qədər İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.

Fins.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

Onun sözlərinə görə, təkcə ötən il Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3 761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2 182 ədəd avtomobil istehsal edilib:”Əvvəlki ilə nisbətən avtomobil istehsalı təqribən 34 % artıb”.

 
 

 

Избранный
11
7
fins.az

10Источники