RU

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilir

Bakı, 7 fevral, AZƏRTAC

Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, reqlamentə əsasən, şahmatçılar bir-biri ilə həm ağ, həm də qara fiqurlarla mübarizə aparırlar. Bərabərlik qeydə alınacağı halda tay-brek oynanılır.

Azərbaycan çempionatı

1/4 final

Kişilər

Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı

Vüqar Əsədli - Teymur Rəcəbov

Rauf Məmmədov - Əhməd Əhmədzadə

Misrətdin İsgəndərov - Aydın Süleymanlı

Qadınlar

Günay Məmmədzadə - Səbinə İbrahimova

Türkan Məmmədyarova - Gövhər Beydullayeva

Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova

Gülnar Məmmədova - Xanım Balacayeva

Qeyd edək ki, 1/4 finalın tay-brek mərhələsində məğlub olan Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Nicat Məmmədov mübarizəni dayandırıb.

Ölkə çempionatında partiyalar hər gün saat 15-00-da başlayır.

Избранный
52
2
azertag.az

10Источники