Azərbaycanda ötən il üzrə xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımların və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 579 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 441 min manat və ya 7% azdır.
2023-cü il üzrə bu göstərici 6 milyon 22 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 299 min manat təşkil edib ki, bu da illik müqayisədə 15 min manat və ya 5% azdır.
Ötən ilin eyni dövründə 314 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə dəyişməyib