RU

Almaniya Azərbaycandan qeyri-neft məhsulları idxalını 48%-ə yaxın artırıb

Bakı. Trend:

Ötən il Azərbaycandan Almaniyaya 49,5 milyon ABŞ dollarıdəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 16milyon ABŞ dolları və ya 47,8% çoxdur. Hesabat dövründə Almaniyayaqeyri-neft məhsulları ixracı Azərbaycanın ümumi ixracının 1,48%-nitəşkil edib.

Eyni zamanda 2024-cü ildə Azərbaycanla Almaniya arasında ticarətəməliyyatlarının həcmi 1,6 ABŞ dolları olub. Məlumata görə, bu,2023-cü ildəki göstərici ilə müqayisədə 221,6 milyon ABŞ dolları vəya 12,1% azdır.

Ötən il Azərbaycandan Almaniyaya 777 milyon ABŞ dollarıdəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ildəki göstəriciyənisbətən 130,9 milyon ABŞ dolları və ya 14,4% azdır.

2024-cü ildə Azərbaycan Almaniyadan məhsul idxalını illikmüqayisədə 90,7 milyon ABŞ dolları və ya 9,9% azaldaraq 825,7milyon ABŞ dollarına çatdırıb.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə(180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7%azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dollarıixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb,idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticəetibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Избранный
14
4
az.trend.az

6Источники