Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Məlumata görə, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.
Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.//APA