![](/uploads/posts/2025-02/1739033389_ykm_1739023826-full.jpeg)
Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Gender.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.
Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.