RU

Tramp Putinlə telefon danışığı zamanı Baydeni təhqir etdi

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı sələfi Co Bayden haqqında xoşagəlməz açıqlamalar verib.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" yazırb.

Məlumata görə, Tramp deyib: “Bayden ölkəmiz üçün biabırçılıq idi".

ABŞ lideri jurnalistlərə Rusiya prezidenti ilə söhbəti barədə danışarkən əlavə edib ki, Putinlə həmişə yaxşı münasibətdə olub. Trampın fikrincə, o, Ağ Evin əvvəlki rəhbərindən məhz bununla fərqlənir.

Qeyd edək ki, fevralın 8-də ABŞ prezidenti rusiyalı həmkarı ilə telefon danışığı apardığını bəyan edib. Onların əsas müzakirə mövzusu Ukrayna məsələsi olub.

Избранный
19
50
publika.az

10Источники