AZ

Ukraynada "Ukraynasız sülh" - Asif Nərimanlı yazır

Ukraynada “Ukraynasız sülh”: ABŞ və Rusiyanın müharibənin dayandırılması ilə bağlı razılaşmasında Kiyev üçün ən ağrılı məqamlardan biri budur. Artıq bununla bağlı açıq işarələr var.

- Peskov bildirib ki, “Kiyev danışıqlarda bu və ya digər formada iştirak edəcək, lakin Rusiya Ukrayna üzrə danışıqlarda ABŞ-ni əsas həmsöhbət hesab edir”;
- Tramp Putinlə razılaşdıqdan sonra detalları Zelenskiyə təqdim etdi; 
- Vaşinqton rəsmi Kiyevin mövqeyini nəzərə almadan Ukraynada Rusiyaya güzəştə gedir: Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdən çıxarılır; 2014-cü ildən əvvəlki sərhədlər təmin edilmir – Krım və Donbasın böyük hissəsi danışıqlar başlanmamışdan öncə Moskvaya verilir;
- Tramp və Putin Səudiyyə Ərəbistanında keçirilməsi razılaşdırılan görüşündə Ukrayna yer almır;
- Avropa İttifaqının Tramp-Putin razılaşması ilə bağlı “Ukrayna və Avropa sülh danışıqlarında iştirak etməlidir” mövqeyi də “Kiyevsiz danışıqlar” riskinin aktuallığından qaynaqlanır;

Zelenski Ukraynasız sülh danışıqlarını qəbul etməyəcəklərini bəyan edib. Hərçənd, buna nə dərəcədə nail ola biləcəkləri sual altındadır.

Asif Nərimanlı, 

politoloq

Seçilən
21
2
redaktor.az

10Mənbələr