Ukraynada “Ukraynasız sülh”: ABŞ və Rusiyanın müharibənin dayandırılması ilə bağlı razılaşmasında Kiyev üçün ən ağrılı məqamlardan biri budur. Artıq bununla bağlı açıq işarələr var.
– Peskov bildirib ki, “Kiyev danışıqlarda bu və ya digər formada iştirak edəcək, lakin Rusiya Ukrayna üzrə danışıqlarda ABŞ-ni əsas həmsöhbət hesab edir”;
– Tramp Putinlə razılaşdıqdan sonra detalları Zelenskiyə təqdim etdi;
– Vaşinqton rəsmi Kiyevin mövqeyini nəzərə almadan Ukraynada Rusiyaya güzəştə gedir: Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdən çıxarılır; 2014-cü ildən əvvəlki sərhədlər təmin edilmir – Krım və Donbasın böyük hissəsi danışıqlar başlanmamışdan öncə Moskvaya verilir;
– Tramp və Putin Səudiyyə Ərəbistanında keçirilməsi razılaşdırılan görüşündə Ukrayna yer almır;
– Avropa İttifaqının Tramp-Putin razılaşması ilə bağlı “Ukrayna və Avropa sülh danışıqlarında iştirak etməlidir” mövqeyi də “Kiyevsiz danışıqlar” riskinin aktuallığından qaynaqlanır;
Zelenski Ukraynasız sülh danışıqlarını qəbul etməyəcəklərini bəyan edib. Hərçənd, buna nə dərəcədə nail ola biləcəkləri sual altındadır.
Son Yazılar:
- Ukraynada “Ukraynasız sülh” – Asif Nərimanlı yazır
- “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır
- Gəncədə kişi arvadının qulağını kəsmək istədi
Asif Nərimanlı,
politoloq