RU

"AZADLIQRADİOSU" VƏ "AMERİKANIN SƏSİ" BAĞLANA BİLƏR...

"ABŞ "Azadlıq Radiosu" və "Amerikanın Səsi" radiostansiyalarını bağlamalıdır, çünki heç kim onları dinləmir, onların fəaliyyəti isə ildə təxminən 1 milyard dollara başa gəlir..."

Tezadlar.az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki hesabında məlumat verib. Onun fikrincə, bu radiostansiyalar "öz-özünə danışan dəli" radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ-nin vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.

Xatırladaq ki,"Azadlıq Radiosu" və "Amerikanın Səsi" bir sıra digər KİV kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur. ABŞ konqresmenlərinin bir çoxu bu bəyanatdan ciddi narahatdır.

A.Məmmədli

Избранный
18
50
tezadlar.az

10Источники