RU

Millimiz turnirə qatılacaq: Rəqiblər Rusiya, İran və Qazaxıstandır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabahdan təlim-məşq toplanışına başlayacaq.

Msport.az xəbər verir ki, komandamız fevralın 13-nə kimi Bakıda hazırlıq keçdikdən sonra ayın 14-də Belarusa yollanacaq.

U-17 fevralın 22-dək paytaxt Minskdə İnkişaf Kuboku turnirində qüvvəsini sınayacaq. Ümumilikdə 8 komandanın qatılacağı yarışda yığmamız B qrupunda yer alacaq. Komandamız bu qrupda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası mübarizə aparacaq.

Qrup oyunlarından sonra fevralın 21-də həlledici matçlar olacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

 

Millimizin heyəti və oyunlarının təqvimi aşağıdakı kimidir:

Rauf Əyyubov, Həzrət Səmədov, İbrahim Xəlilov (hamısı “Sabah”), Elbrus Kərimov, Tuncay Əhmədov, Nadir Nəsibli, Muhamməd Çodarov, Tunar Rzayev (hamısı “Marcet”, İspaniya), Murad Qurbanov, Fərid Cabbarlı, İmran Suleymanzadə, Əhliman Süleymanzadə, Emil Usubov (hamısı “Zirə”), Amin Rzayev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əhməd Vəliyev, Əli İbrahim (hamısı “Qarabağ”), Tunar Muradov (“Turan Tovuz”), Ariz Kərimov (“Qəbələ”).

 

16 fevral – 16:10. Rusiya – Azərbaycan

17 fevral: 12:00. Azərbaycan – İran

19 fevral: 14:20. Qazaxıstan – Azərbaycan

Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Избранный
18
4
msport.az

10Источники