RU

Fransa süni intellektə 109 milyard avro sərmayə qoyacaq

Bakı, TurkicWorld

Fransa prezidenti Emmanuel Makron qarşıdakı illərdə süni intellektə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayıb.

TurkicWorld AzerVoice - ə istinadən xəbər verir ki, Makron Fransa və Hindistanın həmsədrliyi ilə bu gün Parisdə keçiriləcək Beynəlxalq Süni İntellekt Fəaliyyət Sammiti öncəsi Fransanın “France 2” televiziya kanalına verdiyi müsahibədə bu sahəyə qoyacaqları sərmayə ilə bağlı açıqlama verib.

Zirvə çərçivəsində "Fransada önümüzdəki illərdə süni intellektə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayacaqlarını" ifadə edən Makron, bu investisiyanın ABŞ-ın Stargate layihəsinə "ekvivalent" olacağını qeyd edib.

Makron süni intellekt sahəsində dövlət və özəl aktyorlar arasında əməkdaşlığı təmin edəcək “qlobal tənzimləmə”yə və ölkəsinin bu “yeni tərəqqi dövrünə” qoşulmasına çağırıb.

Emmanuel Makron həmçinin bu gün Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gəncin olduğunu və bu rəqəmin 100 minə çatdırılacağını bildirib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdəki Grand Palaisdə bu gün başlayacaq və sabah başa çatacaq Süni İntellekt Fəaliyyət Sammitinə bir çox dövlət başçıları və nazirlərin, eləcə də aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin qatılacağı gözlənilir.

Избранный
45
1
turkic.world

10Источники