RU

ABŞ polad və alüminumun idxalına 25%-lik rüsum tətbiq etməyə hazırlaşır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp polad və alüminumun Amerikayaidxalına 25%-lik gömrük rüsumların tətbiqinə başlayacaqlarını bəyanedib.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbərijurnalistlərə açıqlamasında deyib.

Trampın sözlərinə görə, o yeni “metal tariflərini” bu gün elanedəcək. Amerikalı dövlət başçısı həmçinin bildirib ki, ölkələrinABŞ-yə qarşı nə cür gömrük siyasəti yürüdəcəksə, onun daqarşılığını alacaq.

“Çox sadə, onlar bizim mallardan rüsum tutsalar, biz də onlarınmallarından rüsum tutacağıq”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin əsas polad idxalçıları Kanada, Braziliyavə Meksikadır. Aluminiuma gəlincə, ölkənin bu metal növünə olantələbatının 79 faizini Kanada ödəyir

Məqalədə:
Избранный
52
20
az.trend.az

10Источники