RU

Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir - KTN

Bakı. Trend:

Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsirgöstərir, fermerlərin daha çox gəlir əldə etməsinin qarşısınıalır.

Trend xəbərverir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətləəlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovson günlər bəzi kütləvi informasiya vasitələrində heyvanların aşağıçəkidə kəsimi, ət istehlakının artımı ilə bağlı ekspertlərinaçıqlamasına münasibət bildirərkən deyib.

O məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə istinadınəsassız olduğunu açıqlayıb:

“Heyvanların aşağı çəkidə və erkən yaşlarda kəsimi ilə bağlıbəzi ekspertlərin yanaşmaları əsassızdır və Kənd TəsərrüfatıNazirliyinin mövqeyi bu məsələdə tam fərqlidir. Mövqeyimiz ondanibarətdir ki, heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsiheyvandarlığın inkişafına mənfi təsir göstərən amillərdən biri olsada, bu sahədəki problemlərin yalnız bir aspektini təşkil edir.Çünki hesab edirik ki, heyvanların aşağı çəkidə kəsilməsihallarının azaldılması ölkədə xırda və iribuynuzlu heyvanlardanəldə ediləcək ət istehsalının və ət məhsulları ilə özünütəminatınartmasına müsbət təsir göstərə bilər ki, bununla da idxaldanasılılıq azala bilər.

Bununla yanaşı, aparılmış hesablamalar göstərir ki, heyvanlarıaşağı çəkidə kəsimə vermək həm də fermerlərin gəlirlərini azaldır.İri və ya xırdabuynuzlu heyvanların aşağı çəkidə yox, təsərrüfatyetişkənliyi dövründə kəsilməsi heyvandarlıqla məşğul olanfermerlərə daha çox qazanc gətirməklə yanaşı ümumi ət istehsalınında artmasına müsbət təsir göstərərdi. Bu yanaşma bütün dünyadamövcuddur”.

Şöbə müdirinin sözlərinə görə, ölkə üzrə qoyun və keçilərin ortakəsim çəkisində azalma müşahidə edilməkdədir:

“Rəsmi statistik məlumatlara görə, ölkə üzrə qoyun və keçilərinorta kəsim çəkisi 2023-cü ildə 14 kq-a bərabər olub ki, bugöstərici də 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2kiloqramdan aşağıdır. 2023-cü ildə ölkə üzrə kəsilmiş qoyun vəkeçilərin orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun ətiistehsalında 8 min ton civarında itki deməkdir. Bu baxımdan hesabedirik ki, heyvanların kəsim çəkisinin yüksəldilməsi, ölkə üzrə ətməhsulları təminat məsələsinə də müsbət təsir göstərə bilər”.

Vüqar Hüseynov aşağı çəkidə heyvan kəsiminin azaldılmasıistiqamətində maarifləndirmə işlərinin aparıldığını deyib:

“Heyvanların aşağı çəkidə kəsiminin azaldılması istiqamətindəmüvafiq dövlət qurumları kimi Kənd Təsərrüfatı Nazirliyi də davamlımaarifləndirmə işləri aparır. Hesab edirik ki, kəsim çəkisininyüksəldilməsi məsələsinə bu yanaşma heyvandarlığın inkişafına, ətvə ət məhsullarının istehsalının artımına perspektivdə müsbət təsirgöstərəcək”.

Məqalədə:
Избранный
14
32
az.trend.az

10Источники