RU

Ağcabədidə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Ağcabədidə iki minik avtomobili toqquşub.

Hadisə Hindarx-Borsunlu yolunda, Ağcabədi rayonunun Taynaq kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı minik maşını qarşıdan gələn “KİA” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alanlar 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadi Ağa oğlu, 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Избранный
41
10
demokrat.az

10Источники