Ağcabədidə iki minik avtomobili toqquşub.
Leqal.info xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunda, Ağcabədi rayonunun Taynaq kəndi ərazisində baş verib. “Mercedes” markalı minik maşını qarşıdan gələn “KİA” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Xəsarət alanlar 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadi Ağa oğlu və 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта