RU

27 yaşlı qadın dəm qazından öldü

Şamaxıda qadın dəm qazından zəhərlənərək ölüb.

 

Sfera.az-ın məlumatına görə, Şamaxı şəhər Qədirli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

 

L. Məmmədova Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Избранный
6
35
sfera.az

10Источники