27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Şamaxı şəhər Qədirli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. 27 yaşlı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək münkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.