Bakı. Trend:
"Neftçi" braziliyalı futbolçu Aleks Fernandesin transferiniaçıqlayıb.
Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumatyayıb.
22 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan bu mövsümünsonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddətisonradan daha 6 ay uzadıla bilər. Aleks Braziliyanın “AtletikoMineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib,2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilinfevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinciliqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.