ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına 25 % gömrük rüsumunun tətbiqi barədə sərəncam imzalayıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
O bildirib ki, bu tədbir heç bir istisna nəzərdə tutmur.
Bundan əvvəl Tramp polad və alüminuma gömrük rüsumlarının tətbiq edilməsi planı barədə fevralın 9-da jurnalistlərə məlumat vermişdi.