RU

Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə polada tətbiq etdiyi tariflər üzərindəki bütün istisnaları ləğv edib.

Publika.az xəbər verir ki, bu gün onun imzaladığı sərəncama əsasən bütün polad idxalına azı 25 faiz rüsum tətbiq ediləcək. Tramp, həmçinin 2018-ci ildə alüminium idxalına tətbiq edilən 10 faizlik rüsumu 25 faizə qaldırıb. Hər iki rüsum martın 4-dən etibarən qüvvəyə minəcək.

ABŞ lideri hesab edir ki, xaricdə istehsal olunan məhsullara tətbiq edilən rüsumlar son nəticədə yerli istehsalı gücləndirəcək.

Избранный
4
2
publika.az

3Источники