RU

"Sabah"ın 80-ci qələbəsi

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 22-ci turunun “Turan Tovuz”la ev oyunundakı 2:1 hesablı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, paytaxt klubu çempionatda 80-ci qələbəsini qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatlarında 80 və daha çox görüşdə qalib gələn 17-ci komanda olub.

“Sabah” öz meydanında 40-cı dəfə üç xal qazanıb. Ən azı bu qədər qələbəsi olan 22-ci klub kimi tarixə düşən paytaxt təmsilçisi “Karvan”la MOİK-ə çatıb.

Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də səfərdə “Keşlə” üzərində qazanıb, evdəki ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə matça təsadüf edib. Hər iki qarşılaşmada bir qol vurulub.

Избранный
3
10
teleqraf.com

10Источники