RU

Azərbaycan qeyri-neft-qaz ixracını 11 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19,7 % artaraq 84,2 milyon ABŞ dolları olub.

Hesabat dövründə aqrar məhsullarının ixracının dəyəri 10,4 % artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracının dəyəri 44,3 % artaraq 22,2 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 17,5 % artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.

İl ərzində qara metallar və ondan hazırlanan məmulatların ixrac dəyəri 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 34,9 %, alkoqollu və alkoqolsuz içkilərin ixrac dəyəri 39,2 %, üzvi kimyəvi birləşmələrin ixrac dəyəri isə 52,4 % artıb.

Избранный
4
9
report.az

10Источники