RU

Bakı dairəvi yolunda qəza: Yük maşınının qoşqusu arakəsmədə ilişib qaldı

10:27 11.02.2025
10:27 11.02.2025

Bakı dairəvi yolunda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az-ın əldə etdiyi görüntülərə əsasən, yük maşınının qoşqusu hərəkət zamanı idarəetmədən çıxaraq yol kənarındakı metal arakəsməyə ilişib.

Hadisə nəticəsində yolun həmin hissəsində nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Qəzanın səbəbləri dəqiqləşdirilir, ilkin ehtimallara görə, sürücünün idarəetməni itirməsi və ya texniki nasazlıq buna səbəb ola bilər.


Избранный
4
11
mynews.az

10Источники