ABŞ-nin Arizona ştatının Skottsdeyl hava limanında 2 sərnişin təyyarəsi toqquşub.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Arizona's Family” nəşri məlumat yayıb.
Qəza nəticəsində azı bir nəfər həlak olub. Üç nəfər xəstəxanaya yerləşdirilib. Daha 5 nəfər təyyarələrdən birinin içərisində sıxışıb. Hazırda xilasetmə əməliyyatı aparılır.
Qeyd edək ki, qəza fevralın 10-da baş verib. Hadisə ilə əlaqədar olaraq hava limanının bağlanıldığı bildirilir.
Həmidə İbrahimova