RU

Göyçay və Kürdəmirdə fermerlərə sığorta ödənişləri edilib - FOTOLAR

Sığorta müqaviləsində nəzərdə tutulan risklər üzrə zərər çəkmiş təsərrüfat sahiblərinə növbəti sığorta ödənişlərinin verilməsi Göyçay və Kürdəmir rayonlarında həyata keçirilib.

FED.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, Göyçay rayonunun Bığır kəndi ərazisindəki nar bağında tingləri şaxta vurması nəticəsində dəymiş zərərə görə Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata 23 957 manat zərər ödənişi verilib. Rayonun Çaxırlı kəndində isə fermer Vüsal Qasımova məxsus alça bağına fırtına nəticəsində dəyən zərər üzrə fermerə 1 680 manat sığorta ödənişi edilib.

Aqrar Sığorta Fondu Kürdəmir rayonunda da aqrar sığorta ödənişi həyata keçirib. Rayonun Cəyilli kəndində fermer Orxan Lazımbəyliyə məxsus buğda sahəsinə dolu nəticəsində böyük zərər dəyib. Hadisə Aqrar Sığorta Fondu tərəfindən araşdırılıb, fermerə dəymiş zərərə görə 25 840 manat sığorta ödənişi həyata keçirilib.

GöyçayGöyçayGöyçayGöyçay
Избранный
12
2
fed.az

7Источники