RU

“Ermənistanın məsciddə içki istehlakı müsəlman aləminə hörmətsizlikdir”

“Tarixi Azərbaycan şəhərindəki maddi irs abidəmiz olan Təpəbaşı məscidində içki istehlak edilməsi bütünlükdə İslam aləminə hörmətsizlikdir”.

Gundem.az xəbər verir ki, bunu “Qafqazinfo”ya Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ülviyyə Zülfiqar deyib.

İcma sözçüsü bildirib ki, Ermənistan maddi – mədəni irsimizə hörmətlə yanaşmalı, dağdılmasına yol verməməli idi:

“Lakin nəinki bu məqamlara diqqət ayrılmayıb, üstəlik qərbi azərbaycanlılara məxsus tarixi Təpəbaşı məscidi spirtli içki istehlak edilən məkana çevrilib.

Ermənistanda Təpəbaşı məscidi də daxil olmaqla Qərbi Azərbaycanlılara məxsus 300-dən çox məscid dağıdılmış vəziyyətdədir, 600-ə yaxın qəbristanlıq isə yerlə-yeksan edilib. Hələ dağıdılmamış Göy Məscid isə başqa millətə məxsus kimi təqdim edilir.

Ermənistan Qərbi Azərbaycanlılara məxsus abidələrə qarşı bu kimi davranışlarına son verməli, beynəlxalq ictimaiyyət, ümumbəşəri dini qurumlar bu vəziyyətə səssiz qalmamalı, UNESCO, Roma Papası, İslam Əməkdaşlıq təşkilatı kimi qurumlar xüsusilə həssaslıq göstərməlidirlər”.

Избранный
3
8
gundem.az

9Источники