Bakı. Trend:
Rusiya qazının “Türk axını” boru kəməri ilə Slovakiyaya tədarükübərpa olunub.
Trend xəbər verirki, bu haqda Slovakiyanın baş naziri Robert Fitzo öz “Facebook”səhifəsində məlumat bölüşüb.
“Rusiya qazı “Türk axını” boru kəməri ilə Slovakiyaya daxilolmağa başlayacaq. Bu, Rusiya və Türkiyənin birgə səyləri sayəsindəmümkün olub, məhz buna görə hər ikisinə minnətdarlıq ifadə etməklazımdır”, - deyə o bildirib.
Bundan əvvəl Rusiyanın “Qazprom” şirkətinin fevralın 1-dənetibarən Slovakiyanın ən iri enerji əməliyyatçısı olan SPP-ni “Türkaxını” vasitəsilə təbii qazla təchiz etməyə başladığı barədəməlumat yayılmışdı.