RU

«Unibank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

"Unibank"ın 2023 və 2024-cü illərdəki gəlir göstəricilərində nəzərəçarpacaq dəyişikliklər qeydə alınıb.

Unibank 2024-cü ilin maliyyə nəticələrini - AÇIQLAYIB

FED.az xəbər verir ki, bankın ümumi gəliri 2023-cü ildə 320 546 000 manat olduğu halda, 2024-cü ildə bu rəqəm 355 721 000 manata yüksəlib. Artım 35 175 000 manat və ya 11% təşkil edib. 

Bankın əsas gəlir mənbəyi olan kredit faizlərindən əldə edilən gəlir 2023-cü il 201 783 000 manat idisə, 2024-cü ildə 220 388 000 manata çatıb. Bu isə 18 605 min manat və ya 9.2% artım deməkdir. Bununla belə, kredit faizlərinin ümumi gəlirdəki payı 62%-dən 61%-ə enib. 

Komissiya haqları üzrə gəlirlərdə isə əhəmiyyətli yüksəliş müşahidə edilib. 2023-cü ildə 91 258 000 manat olan bu göstərici 2024-cü ildə 105 009 000 manata çatıb. Artım məbləğ baxımından 13 751 000 manat, faiz baxımından isə 15.1% təşkil edib. Ümumi gəlirlərdəki payı isə 25%-dən 29%-ə yüksəlib. 

Valyuta əməliyyatlarından gəlir də artım nümayiş etdirib. 2023-cü il bu mənbədən əldə olunan gəlir 13 765 000 manat olduğu halda, 2024-cü ildə 16 285 000 manata çatıb. Başqa sözlə valyuta əməliyyatlarından əldə olunan gəlir 2 520 000 manat və ya 18.3% artım deməkdir. Nəticədə, ümumi gəlirlərdəki pay 2%-dən 5%-ə yüksəlib. 

Qiymətli kağızlardan əldə edilən faiz gəlirləri 2023-cü ildə 4 045 000 manat olduğu halda, 2024-cü ildə 4 691 000 manata yüksəlib. Artım 646 000 manat və ya 16% təşkil edib. Bu mənbənin ümumi gəlirdəki payı isə 1% səviyyəsində sabit qalıb. 

Bank digər banklardakı depozitlərdən 2023-cü ildə 3 121 000 əldə etmişdi, 2024-cü ildə isə əldə olunan gəlirlər azalıb - 2 478 000 manata enib. Bu, 643 000 manat və ya 20.6% azalma deməkdir. Ümumi gəlirdəki payı isə 1% səviyyəsində qalıb.

 Əvəzində digər banklara verilən kreditlərdən gəlir artıb. 2023-cü ildə 38 000 manat təşkil edən bu göstərici 2024-cü ildə 215 000 manata yüksəlib. Gəlir illik müqayisədə 6 dəfəyə yaxın artıb, lakin ümumi gəlirdəki payı 1% səviyyəsində dəyişməz qalıb. 

Digər faiz gəlirləri üzrə də artım qeydə alınıb. 2023-cü il 2 969 000 manat olan bu gəlir maddəsi, 2024-cü ildə 1 419 000 manat artaraq 4 388 000 manata çatıb. Bu isə 47.8% artım deməkdir. Ümumi gəlirdəki payı isə dəyişməyərək 1% səviyyəsində qalıb. 

Digər qeyri-faiz gəlirləri isə 2023-cü ildə 3 567 000 manat olduğu halda, 2024-cü ildə 2 267 000 manata enib. Başqa sözlə desək digər qeyri-faiz gəlirlərindən əldə olunan vəsait 1 300 000 manat və ya 36.4% azalıb. Nəticədə, ümumi gəlirlərdəki pay 7%-dən 1%-ə düşüb. 

Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

220 388

61%

Komissiya haqları

105 009

29%

Valyuta əməliyyatlarından gəlirlər

16 285

5%

QK-a investisiyadan gəlir

4 691

1%

Digər banklara depozitlərdən gəlirlər

2 478

1%

Digər banklara kreditlərdən gəlirlər

215

1%

Digər faiz gəlirləri

4 388

1%

Digər qeyri-faiz gəlirləri

2 267

1%

 

 

 

CƏMİ GƏLİRLƏR

355 721

100%

Избранный
47
10
fed.az

10Источники