RU

Rusiya NATO-ya hücum etməyə cəhd etsə, reaksiya sarsıdıcı olacaq - Rutte

Rusiya Federasiyasının (RF) işğal cəhdinə NATO-nun cavabı sarsıdıcı olacaq. Eyni zamanda, Alyansa üzv ölkələr müdafiə xərclərini artırmalıdır.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə mətbuat konfransı zamanı NATO-nun baş katibi Mark Rutte deyib.

“Əgər Putin NATO-ya hücum etməyə hazırlaşırsa, o, bu barədə düşünməməlidir. O, uduzacaq. Reaksiya sadəcə dağıdıcı olacaq. Biz NATO-nun müdafiə qabiliyyətinin nə qədər güclü olduğunu bilirik”, - Rutte bildirib.

QAZİLER.AZ

Избранный
10
qaziler.az

1Источники