Cənubi Kuril adaları sahillərində zəlzələ baş verib.
Publika.az bu barədə Yujno-Saxalinsk seysmoloji stansiyasının rəhbəri Yelena Semenovaya istinadla xəbər verir .
Ekspertin sözlərinə görə, yeraltı təkanların gücü 4,9 bal olub. Təbiət hadisəsi fevralın 14-də günortadan sonra yerli vaxtla saat 12:32-də (Bakı vaxtı ilə 5:32) qeydə alınıb.
“Zəlzələnin episentri Sakit okeanda, Kurilin yaşayış olmayan Simuşir adasından 197 km cənub-qərbdə, 62 km dərinlikdə yerləşib”, - Semenova aydınlıq gətirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта