RU

«AccessBank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-cü ilin sonu "Accessbank"ın ümumi gəlirləri 31 684 000 manat və ya 14.9% artaraq 244 982 000 manata yüksəlib. Qeyd edək ki, bank 2023-cü ilin sonu 213 298 000 manat gəlir əldə etmişdi.

"Accessbank"da əmək haqqı və digər konpensasiya xərcləri 44 milyon manata çatır

Bankın əsas gəlir mənbəyi olan kredit faizləri 2023-cü ildə 184 047 000 manat idisə, 2024-cü ildə bu göstərici 213 971 000 manata çatıb. Beləliklə, 29 924 000 manatlıq, təxminən 16.3% bir artım qeydə alınıb. Ümumi gəlirlərdə kredit faizlərinin payı iki ildir eyni səviyyədə qalıb- 86%.

Bankın ikinci ən böyük gəlir mənbəyi olan komissiya haqları üzrə gəlirlərdə də artım müşahidə olunub. Əgər 2023-cü ildə bu kateqoriya üzrə bank 16 241 000 manat gəlir əldə etmişdisə, 2024-cü ildə bu məbləğ 16 559 000 manata yüksəlib. Artım 318 min manat və ya 2% təşkil edib. Bununla belə, ümumi gəlirlərdə komissiya haqlarının payı dəyişməyərək 7% səviyyəsində qalıb.

Valyuta əməliyyatlarından gəlirlər isə kəskin yüksəlib. 2023-cü ildə bu kateqoriya üzrə gəlir cəmi 563 000 manat təşkil edirdisə, 2024-cü ildə 3 424 000 manata çatıb. Beləliklə, artım 2 861 000 manat olub. Ümumi gəlirlərdə valyuta əməliyyatlarının payı isə 1% səviyyəsində dəyişməz qalıb.

Qiymətli kağızlardan əldə edilən faiz gəlirləri isə illik müqayisədə azalıb. Belə ki, 2023-cü ildə 5 251 000 manat idisə, 2024-cü ildə 4 958 000 manata enib. Azalma 293 000 manat və ya 5.6% təşkil edib. Bu gəlirin ümumi gəlirlərdəki payı 2023-cü ildə 2% olduğu kimi 2024-cü ildə də eyni qalıb.

Digər banklarda depozit gəliri üzrə azalma qeydə alınıb. Bank 2023-cü ildə bu kateqoriya üzrə 2 817 000 qazanmışdı, ötən il isə bu məbləğ 1 682 000 manata enib. Bu, 1 135 min manatlıq və ya 40.3%-lik bir azalma deməkdir. Ümumi gəlirlərdə payı isə dəyişməyib – 1%.

Əvəzində digər banklardan kredit gəliri üzrə artım baş verib. Bankın bu mənbədən gəlirləri 2023-cü ildə 3 224 000 manat olub, 2024-cü ildə bu məbləğ 599 000 manat və ya 18.6% artaraq 3 823 000 manata yüksəlib. Ümumi gəlirlərdə bu kateqoriyanın payı isə eyni 2% səviyyəsində qalıb.

Bank iki ildir ki, digər faiz gəlirləri üzrə gəlir əldə etmir.  Digər qeyri-faiz gəlirləri isə əhəmiyyətli dərəcədə azalma göstərib. 2023-cü ildə digər qeyri-faiz gəlirləri 1 155 000 manat olduğu halda, 2024-cü ildə bu rəqəm 565 000 manata enib. Beləliklə, 590 000 manat və ya 51.1% azalma qeydə alınıb. Ümumi gəlirlərdəki payı isə 1% səviyyəsində sabit qalıb.

Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

213 971

86%

Komissiya haqları

16 559

7%

Valyuta əməliyyatlarından gəlirlər

3 424

1%

QK-a investisiyadan gəlir

4 958

2%

Digər banklara depozitlərdən gəlirlər

1 682

1%

Digər banklara kreditlərdən gəlirlər

3 823

2%

Digər faiz gəlirləri

 

 

Digər qeyri-faiz gəlirləri

565

1%

 

 

 

CƏMİ GƏLİRLƏR

244 982

100%

Избранный
35
13
fed.az

10Источники