"Xalq Bank" 2024-cü ildə ümumi gəlirlərini 225 860 000 manata yüksəldərək 2023-cü illə müqayisədə 33 946 000 manat əlavə qazanc əldə edib. Bu isə ümumi gəlirlərdə 17,7%-lik artım deməkdir.
Xalq Bank 2024-cü ilin yekunlarını - AÇIQLADI
Bankın ən əsas gəlir mənbəyi olan kredit faizləri üzrə əldə edilən vəsait 130 926 000 manata çatıb. 2023-cü il bu göstərici 112 543 000 manat idi, yəni 18 383 000 manat və ya 16,3%-lik yüksəliş qeydə alınıb. Ümumi gəlirlərdəki payı isə 59% səviyyəsində sabit qalıb.
Komissiya haqları hesabına da bankın gəlirləri artıb. 2023-cü ildə bu kateqoriyadan daxilolmalar 20 773 000 manat təşkil edirdisə, 2024-cü ildə 26 844 000 manata yüksəlib. Bunun nəticəsində bank illik müqayisədə 6 071 000 manat əlavə vəsait əldə edib, faiz ifadəsində isə 29,2%-lik artım baş verib. Komissiya haqlarından əldə olunan gəlirlərin ümumi gəlirlərdə çəkisi 11%-dən 12%-ə qalxıb.
Valyuta əməliyyatlarından gələn gəlirlər də diqqətçəkən yüksəliş nümayiş etdirib. Bank 2023-cü ildə bu sahədən 7 101 000 manat qazanmışdısa, 2024-cü ildə gəlirlər 9 940 000 manata çatıb. Bunun sayəsində bankın bu istiqamətdən qazancı 2 839 000 manat artıb, dəyişiklik faizlə ifadə edildikdə isə 39,9%-lik yüksəliş qeydə alınıb. Həm 2023-cü il həm də 2024-cü il bu gəlir maddəsi ümumi gəlirlərin 4%-lik hissəsini əhatələyib.
Qiymətli kağızlardan faiz gəlirləri də bank üçün gəlir gətirən mənbədir və bu göstərici 1 il içərsində 25 085 000 manatdan 27 149 000 manata yüksələrək, 2 064 000 manatlıq artım nümayiş etdirib. Lakin, ümumi gəlirlərdəki pay baxımından bu gəlir mənbəyi 13%-dən 12%-ə enib.
Bank digər banklarda yerləşdirdiyi depozitlərdən də əlavə qazanc əldə edib. 2023-cü ildə bu qazancın məbləği 15 345 000 manat olduğu halda, 2024-cü ildə 16 626 000 manata yüksəlib. Bununla bank əlavə 1 281 000 manat gəlir əldə edib, faiz baxımından isə 8,3%-lik artım qeydə alınıb. Ümumi gəlirlərdəki pay baxımından isə bu maddədən əldə olunan gəlirlərin çəkisi 8%-dən 7%-ə enib.
Digər banklara verilən kreditlərdən əldə edilən gəlirlərdə də müəyyən qədər az da olsa artım var. 2023-cü il 6 174 000 manat təşkil edən bu gəlir növü, ötən il 6 571 000 manata yüksələrək 397 000 manatlıq əlavə gəlir gətirib. Ümumi gəlirlərdəki payı isə 3% səviyyəsində sabit qalıb.
Digər faiz gəlirləri üzrə də artım qeydə alınıb. 2023-cü ildə bu göstərici üzrə qazanılan məbləğ 2 485 000 manat təşkil edirdisə, 2024-cü ildə bu göstərici 2 692 000 manata çatıb. Beləliklə, bank bu kateqoriyadan 8,3% daha çox gəlir əldə edib və ümumi gəlirlərdəki payı iki ildir 1% səviyyəsində dəyişməz qalıb.
Ən çox nəzərəçarpan dəyişikliklərdən biri digər qeyri-faiz gəlirlərində baş verib. 2023-cü ildə bank bu mənbədən 2 408 000 manat qazanmışdı, 2024-cü ildə isə bu rəqəm əhəmiyyətli dərəcədə artaraq 5 112 000 manata çatıb. Bununla bank qeyri-faiz gəlirlərini iki dəfəyə yaxın artıraraq 112,2%-lik artım əldə edib. Məbləğin artımı ilə yanaşı digər qeyri-faiz gəlirlərinin ümumi gəlirlərdəki çəkisi də artaraq 1%-dən 2%-ə yüksəlib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 130 926 | 59% |
Komissiya haqları | 26 844 | 12% |
Valyuta əməliyyatlarından gəlirlər | 9 940 | 4% |
QK-a investisiyadan gəlir | 27 149 | 12% |
Digər banklara depozitlərdən gəlirlər | 16 626 | 7% |
Digər banklara kreditlərdən gəlirlər | 6 571 | 3% |
Digər faiz gəlirləri | 2 692 | 1% |
Digər qeyri-faiz gəlirləri | 5 112 | 2% |
|
| |
CƏMİ GƏLİRLƏR | 225 860 | 100% |