RU

MN-dən gənc əsgərlərlə görüşmək istəyənlərə daha bir XATIRLATMA

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı xatırlatmada deyilir.

"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik", - deyə nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, nazirlik sözügedən xatırlatmanı bir neçə gün öncə də yaymışdı.

Избранный
31
49
day.az

10Источники