2024-cü ildə “Rabitəbank”ın ümumi gəlirləri əhəmiyyətli dərəcədə artaraq 166 263 000 manata çatıb. Bu, 2023-cü illə müqayisədə 24 006 000 manat və ya 16,9%-lik artım deməkdir.
“Rabitəbank” ASC 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb - MƏNFƏƏTDƏDİR
Bankın əsas qazanc mənbəyi olan kredit faizlərindən gəlirlər yüksəlib. 2023-cü il bu rəqəm 79 532 000 manat idisə, ötən ildə bu göstərici 100 557 000 manata qədər artıb. Bu, 21 025 000 manat və ya 26,4%-lik artımdır. Bununla yanaşı, kredit faizlərinin ümumi gəlirdəki çəkisi 56%-dən 60%-ə yüksəlib.
Komissiya gəlirləri məbləğ olaraq artsa da, ümumi gəlirdə payı azalıb. 2023-cü ildə bank bu istiqamətdən 36 896 000 manat gəlir əldə edib. 2024-cü ildə isə bu məbləğ 38 431 000 manata çatıb. Artım 1 535 000 manat və ya 4,2% olsa da, ümumi gəlirdə payı 26%-dən 23%-ə enib.
Valyuta əməliyyatlarından əldə olunan gəlirlər isə azalıb. Əgər 2023-cü ildə bank bu mənbədən 4 044 000 manat qazanmışdısa, 2024-cü ildə bu göstərici 3 537 000 manata düşüb. Bu, 507 000 manat və ya 12,5%-lik azalma deməkdir. Ümumi gəlirdəki çəkisi isə 3%-dən 2%-ə enib.
Qiymətki kağızlardan əldə olunan faiz gəlirləri üzrə ciddi yüksəliş qeydə alınıb. Bank 2023-cü ildə 6 536 000 manat gəlir əldə edib, 2024-cü ildə isə gəlirin həcmi 2 445 000 manat və ya 37,4% artaraq 8 981 000 manata yüksəlib. Bu artıma baxmayaraq, ümumi gəlirdəki payı dəyişməyərək 5% səviyyəsində qalıb.
Bankın digər maliyyə mənbələri üzrə göstəriciləri fərqli istiqamətlərdə dəyişib. Digər banklarda yerləşdirilmiş depozitlərdən gəlirlər 4 216 000 manatdan 3 556 000 manata qədər azalıb. Bu, 660 000 manat və ya 15,6%-lik azalma deməkdir. Bu sahənin ümumi gəlirdəki çəkisi də 3%-dən 2%-ə enib.
Əvəzində bankın digər banklara verdiyi kreditlərdən əldə etdiyi gəlirlər artım göstərib. 2023-cü il bank bu mənbədən 798 000 manat qazanıb, 2024-cü ildə isə bu məbləğ daha 263 000 manat və ya 32,9% artaraq 1 061 000 manata yüksəlib. Ümumi gəlirdəki payı isə əvvəlki kimi 1% olaraq qalıb.
Digər faiz gəlirləri üzrə ən yüksək artım qeydə alınıb. 2023-cü ildə cəmi 41 000 manat olan bu göstərici, 2024-cü ildə 131 000 manata yüksəlib. Bu, 90 000 manat və ya 219,5%-lik artımdır ki, bu da bankın gəlir strukturu daxilində ən kəskin yüksəlişdir. Bununla belə, ümumi gəlirdəki payı 1% səviyyəsində dəyişməz qalıb.
Digər qeyri-faiz gəlirləri isə əvvəlki illə müqayisədə cüzi azalıb. Bankın ötən il 10 009 000 manat həcmində digər qeyri-faiz gəlirləri formalaşıb. 2023-cü ildə isə bu həcm 10 194 000 manat təşkil edirdi. Bu, 185 000 manat və ya 1,8%-lik azalma deməkdir. Lakin ümumi gəlirdəki payı 5%-dən 6%-ə yüksəlib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 100 557 | 60% |
Komissiya haqları | 38 431 | 23% |
Valyuta əməliyyatlarından gəlirlər | 3 537 | 2% |
QK-a investisiyadan gəlir | 8 981 | 5% |
Digər banklara depozitlərdən gəlirlər | 3 556 | 2% |
Digər banklara kreditlərdən gəlirlər | 1 061 | 1% |
Digər faiz gəlirləri | 131 | 1% |
Digər qeyri-faiz gəlirləri | 10 009 | 6% |
|
| |
CƏMİ GƏLİRLƏR | 166 263 | 100% |