RU

ABŞ-ın vitse-prezidenti: Avropa ölkələrində demokratiya inanıldığı qədər güclü deyil

Avropa özünün yaratdığı böhranla üz-üzədir - öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ-a heç bir faydası yoxdur.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, həmçinin Avropa liderlərini “öz seçicilərinizdən qorxub qaçdıqlarına”, o cümlədən miqrasiyaya görə tənqid edib və bildirib ki, əhalini demokratik proseslərdə iştirakdan yayındırmaqla demokratiyanı daxildən məhv etmək riski var.

ABŞ-ın vitse-prezidenti bildirib ki, Avropa liderləri seçicilərdən qorxur və demokratiyanı müdafiə edə bilmir: “İndi, əlbəttə ki, vəziyyət o qədər pisləşib ki, keçən ilin dekabrında Rumıniya “kəşfiyyatın qeyri-müəyyən şübhələri və qitədəki qonşularının böyük təzyiqi” səbəbindən prezident seçkilərinin nəticələrini ləğv edib”.

“Avropa ilə bağlı məni ən çox narahat edən təhlükə nə Rusiya, nə də Çinlə bağlı deyil. Məni daxildən gələn təhlükə, Avropanın öz əsas dəyərlərindən geri çəkilməsi narahat edir, - ABŞ vitse-prezidenti qeyd edib.

Избранный
15
1
apa.az

10Источники