RU

Böyük Britaniyanın Baş naziri Trampla müzakirə APARDI

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dauninq-stritin məlumatında bildirilib.

"Baş nazir dünən axşam Dauninq-stritdə Prezident Trampın Böyük Britaniyadakı xüsusi elçisi Mark Bernetti qəbul etməkdən məmnun olub. Qəbul zamanı Starmer Prezident Trampın zəngini qəbul edərək ABŞ-yə qarşıdakı səfərini müzakirə edib", - məlumatda qeyd olunub.

Starmerin Vaşinqtona planlaşdırılan səfərinin dəqiq tarixləri açıqlanmır.

Избранный
69
50
bakivaxti.az

10Источники