RU

DTX-nin Qusar əməliyyatının detalları - VİDEO

DTX-nin Qusar əməliyyatı barədə detallar açıqlanıb. 

"Unikal" xəbər verir ki, AZTV-nin efirində yayımlanan “Hədəf” verilişinin bugünkü buraxılışında “Qusar əməliyyatı” və "Meşə qardaşları"nın hədəflərindən bəhs olunub.

Xatırladaq ki,  “Meşə qardaşları” adlı terror qruplaşmasının üzvlərinin Qusar rayonunun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub. 

Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.

Избранный
22
1
unikal.az

10Источники